Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərurda ağırlıqqaldırma üzrə yarış keçirilib

Şərurda ağırlıqqaldırma üzrə yarış keçirilib

Şərur Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin 100-cü ildönümü münasibətilə qızlar və oğlanlar arasında ağır atletika üzrə açıq turnir keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, yarışdan əvvəl “Şərur” Xalq Yallı Ansamblının “İnci” qrupu tərəfindən tamaşaçılar üçün musiqili kompozisiya təqdim edilib.

Sonra sağlamlıq imkanları məhdud atletlər bacarıqlarını nümayiş etdiriblər. Ağır atletika üzrə Azərbaycan çempionları Həsən Babayev və Gülcahan Əliyevanın nümunəvi çıxışı iştirakçılar tərəfindən maraqla izlənilib. 19 idmançının iştirak etdiyi yarışın nəticələrinə görə, Cəmilə İbrahimova, Ümid Babayev, Əlirza Hüseynov, Mikayıl Novruzov, Məhərrəm Qubanlı, İlkin Kərimov və Fəxrəddin Allahverdiyev öz çəki dərəcələrində qalib olublar.

İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Naxçıvanın gənclər və idman naziri Ramil Hacı ağır atletika sahəsindəki səmərəli fəaliyyətinə görə məşqçilər Şəfi Hüseynov və Anar Əliyevi fəxri fərmanla təltif edib. Əməkdar məşqçi Şəfi Hüseynov nazir Ramil Hacıya Şərur ağır atletika bölməsinin xatirə plaketini təqdim edib.

Turnirin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, eləcə də ağır atletikanın inkişafı və təbliğinə şərait yaratmaqdır.

admin

Related Posts