Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şərurda şəhidlərin xatirəsinə bulaq-abidə ucaldılıb

Şərurda şəhidlərin xatirəsinə bulaq-abidə ucaldılıb

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayonunun Çomaxtur kəndində Vətən müharibəsi şəhidləri kapitan Azad Zeynalov, leytenant Aqil İsmayılov, kiçik çavuş Murad Xəlilli və əsgər Zülal Mədətlinin xatirəsinə bulaq-abidə ucaldılıb.

Bulaq-abidənin açılış mərasimində şəhidlərin ailə üzvləri, yaxınları, Çomaxtur məktəbinin müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq qələbəsindən danışıb. Bildirib ki, Vətən müharibəsində Şərur rayonundan olan qəhrəman əsgər və zabitlər şücaət göstərib, canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar. Onlardan Çomaxtur kəndinin şəhidləri kapitan Azad Zeynalov, leytenant Aqil İsmayılov, kiçik çavuş Murad Xəlilli və əsgər Zülal Mədətlinin də qəhrəmanlıqları unudulmazdır. İllər keçsə də, gələcək nəsillər qəhrəmanlarımızı hər zaman böyük minnətdarlıqla yad edəcək.

Şəhidlərin valideynləri, qazilər və digər çıxış edənlər şəhidlərimizin döyüş yolundan danışıb, onların göstərdiyi qəhrəmanlıq, igidlik və şücaətdən söhbət açıblar.

Çomaxtur kənd tam orta məktəbinin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonra şəhidlərin xatirəsinə ucaldılmış bulaq-abidə istifadəyə verilib və xatirə şəkilləri çəkilib.

admin

Related Posts