Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Heydər Əliyev və Naxçıvan iqtisadiyyatı” mövzusunda tədbir keçirilib

“Heydər Əliyev və Naxçıvan iqtisadiyyatı” mövzusunda tədbir keçirilib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Naxçıvan iqtisadiyyatı” mövzusunda tədbir təşkil edilib.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin yaradılmasının 22-ci ildönümü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, ulu öndərin adını daşıyan muzeylə tanış olublar.

Naxçıvan Biznes Mərkəzində davam edən tədbirdə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib ki, Azərbaycanın bütün sahələr üzrə inkişafında, xüsusən iqtisadiyyatın dirçəlişində, sosial vəziyyətin yaxşılaşdırılmasında, dövlət müstəqilliyinin möhkəmləndirilməsində ümummilli liderin xidmətləri ölçüyəgəlməzdir.

Qeyd edilib ki, ulu öndərin sosial-iqtisadi inkişaf konsepsiyası Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Azərbaycanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatların aparılması, keçmiş planlı təsərrüfat sisteminin yerində bazar iqtisadiyyatına əsaslanan özəl sektorun yaradılması ilə yeni həyata başlanılıb.

Tapdıq Əliyev kollektivi nazirliyin yaradılmasının 22-ci ildönümü münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Nazirliyin Sahibkarlığın İnkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov ulu öndərin ölkəmizdə, o cümlədən muxtar respublikada sahibkarlığın formalaşdırılması istiqamətində gördüyü məqsədyönlü tədbirlərdən danışıb.

Sonda ümummilli liderin xatirəsinə həsr olunan sənədli filmə baxış olub.

admin

Related Posts