Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazilə Səfərli:”Çolaq ayağımla da məni pandemiyada işə çağırdılar”

Nazilə Səfərli:”Çolaq ayağımla da məni pandemiyada işə çağırdılar”

Şairə Nazilə Səfərli pandemiyada el şənliklərində iştirak etdiyini etiraf edib.

Birinci 24 xəbər verir ki, bu haqda qirayətçi xanım qonaq olduğu “Ümid ilə gəl” ictimai-sosial verilişində deyib.

Səfərli bildirib ki, üç il əvvəl ölkədə sərtləşdirilmiş karantin rejimi elan olunduğu zaman, o, Naxçıvan MR-da keçirilən toy və xına şənliklərində aparıcı kimi iştirak edib:

“Pandemiya dövründə Naxçıvandan başqa getdiyim toylardan çəkdiyim görüntülərin heç birini paylaşmamışam. Bunu indi deyirəm, biləsiniz. Mən getdiyim toylarda insanların sayını saymırdım (gülür). Hətta pandemiya zamanı ayağım sındı. Bir xanım zəng vurub söylədi ki, mənim əhdimdir ki, sən mənim xınamda iştirak edəsən.
Gəl, xeyir-dua ver, get. Cavabım isə xanıma “yalnız oturaq halda məclisi apara biləcəyəm” oldu. Dedim ki, ödəniş də sizdən istəmirəm, çünki məni əhd etmisən. Amma sağolsun, ödənişi də artıqlaması ilə etdi. Çolaq ayağımla da məni pandemiyada işə çağırdılar. Naxçıvanda o dövrdə sərtləşdirilmiş karantin rejimi yox idi. Bakıda xına mərasiminə getsəm də orada 80-100 nəfər insan olur. O dövrdə bu qədər insanla məclis keçirməyə icazə vardı”.

admin

Related Posts