Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elza ilə bacısı Lalə arasında qalmaqal daha da avlovlandı

Elza ilə bacısı Lalə arasında qalmaqal daha da avlovlandı

Əməkdar artist Elza Seyidcahan ilə bacısı Lalə Seyidcahan arasındakı qalmaqal yenidən alovlanıb.

Birinci 24 xəbər verir ki, Lalənin “Elza bizim nəslimizi geri saldı” ittihamlarına Elza “Maqazin plyus” verilişində cavab verib.

“Nalayiq sözlərə nə cavab vermək, nə özümü tərifləmək, nə dəki kimisə alçatmaq istəmirəm. Bu kimi məsələlər mənə adi gəlir.

O qədər belə şeylər görmüşəm ki… Sadəcə bunu siz efirdə gördünüz. Yəqin ki, müdrük və hikmətli insanlar sözlərimdə məni anlayarlar. Uğurlu insanlara hər zaman daş atırlar. Hətta insanın doğmaları belə təzyiq edirlər. Amma insan əgər düzgün yoldadırsa, halal zəhməti ilə işlər görürsə, Teymur Mustafayev demişkən “Qəti qorxusu yoxdur”.

Elza olmağıma elə bu susqunluğumla çatmışam, əməllərim, musiqilərim, yazdığım şeirlərim və geyimlərimlə göstərmişəm cavabımı. Lazım olan yerdə danışaram, lazım olmayan yerdə isə işimi göstərirəm. Mən mahnı bəstələyəndə, şeir yazanda özüm-özümü görmürəm”, – deyə E.Seyidcahan vurğulayıb.

admin

Related Posts