Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda yaşayan Türkiyə vətəndaşları səsvermədə iştirak edir

Naxçıvanda yaşayan Türkiyə vətəndaşları səsvermədə iştirak edir

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının ölkədə keçirilən prezident və parlament seçkiləri üzrə səsverməsi başlayıb.

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvanda yaşayan Türkiyə vətəndaşları üçün də səsvermə prosesinə başlanılıb.

Azərbaycan Respublikası üzrə 11 min, Naxçıvan üzrə isə 1350 nəfər seçici qeydə alınıb. Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunda qardaş ölkə vətəndaşlarının səsvermədə fəal iştirakı üçün hər cür şərait yaradılıb.

Bu gün səhər saat 9-da Baş konsulluqda yaradılan səsvermə məntəqəsində prosesə start verilib. Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya səsvermədə iştirak edib.

Qeyd edək ki, səsvermə bazar günü saat 21:00-dək davam edəcək.

admin

Related Posts