Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Araz Naxçıvan” I Divizionda çempionluğu təmin edib

“Araz Naxçıvan” I Divizionda çempionluğu təmin edib

Birinci 24 İnformasiya Agentliyi xəbər verir ki, futbol üzrə Azərbaycan I Divizionda çempion müəyyənləşib. “Araz Naxçıvan” tarixində 2-ci dəfə aşağı dəstənin qalibi olub.

2013/14 mövsümündəki uğurunu təkrarlayan muxtar respublika təmsilçisi çempionluğu 27-ci turda rəsmiləşdirib. Ötən çempionatın qalibi “Qaradağ Lökbatan”la qarşılaşan Azər Bağırovun yetirmələri səfərdə 2:0 hesablı qələbə qazanıb.

Bununla da “Araz Naxçıvan” 25 oyundan sonra xallarının sayını 63-ə çatdırıb. Ən yaxın izləyicisi “Neftçi-2”ni 11 xal qabaqlayan “qırmızı-ağlar” mövsümün sonuna 3 tur qalmış çempionluğu təmin edib.

“Araz Naxçıvan” I Divizionda (əvvəl birinci dəstə adlanıb) iki dəfə çempion olan 5-ci komandadır. Bunadək MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” da iki uğura imza atıb.

admin

Related Posts