Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ordubadın kənd təsərrüfatı və baramaçılıq sahəsi yenidən dəyərləndirilir

Ordubadın kənd təsərrüfatı və baramaçılıq sahəsi yenidən dəyərləndirilir

Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova Ordubad rayonunda təsərrüfatçılarla görüşüb.

Nazirliyin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə rayonda kənd təsərrüfatının mövcud vəziyyəti müzakirə olunub, qədim və ənənəvi məşğuliyyət sahələri heyvandarlıq və bitkiçiliyin inkişafının önəmindən danışılıb.

Ordubad əhalisinin qədim ənənəvi məşğuliyyət sahəsi olan baramaçılığın bərpası və arıçılıq sahəsində də görülən müvafiq tədbirlər qeyd olunaraq bildirilib ki, arıçılara dəstək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 18 sentyabr tarixli 400 nömrəli Qərarı ilə təsdiq edilmiş “Arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiya verilməsi Qaydası”nın tələblərinə əsasən 2018-ci ildə fəaliyyət göstərən arıçılara ödənilməyən subsidiyaların cari ildə verilməsi təmin olunacaq.

Xəyalə Dadaşova Ordubad limonunun, əriyinin və digər quru meyvələrin tək Azərbaycanda deyil, bir sıra ölkələrdə artıq tanındığını və həmin məhsulların ixrac potensialının artırılması üçün işlərə təkan veriləcəyini vurğulayıb.

Görüşün sonunda rayon ərazisində yerləşən çoxillik əkmələrin, həmçinin yeni salınmış “Azərbaycan-Türkiyə İpək Bağı”nın ilkin fitosanitar vəziyyəti qiymətləndirilib.

Daha sonra uzun illər fəaliyyət göstərməyən, yararsız hala düşmüş Ordubad Barama Toxumu Zavoduna, o cümlədən baramaqurutma, baramaaçma və ipək istehsalı istiqamətli fabrikə baxış keçirilib.

admin

Related Posts