Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar sərgi açılıb

Ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar sərgi açılıb

AMEA-nın Naxçıvan Bölməsinin Elmi Kitabxanasında dahi rəhbər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Ümummilli lider Heydər Əliyev – 100” adlı sərgi açılıb. Bölmənin mətbuat xidmətindən Birinci 24 İnformasiya Agentliyinə verilən məlumata görə, sərgidə ümummilli liderin zəngin siyasi və ictimai fəaliyyəti ilə bağlı kitab, monoqrafiyalar, qəzet və jurnallar nümayiş olunur.

Sərgidə nümayiş olunan əsərlər sırasında “Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Heydər Əliyev və Şərq: Türk dünyası”, “Heydər Əliyev siyasəti tarixdə və günümüzdə”, “Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü məsələsi”, “Heydər Əliyev və Azərbaycan parlamenti”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr”, “Qayıdış: 1990-1993”, “Zamanı qabaqlayan dahi”, “Heydər Əliyev və Azərbaycan dili”, “Azərbaycan: Heydər Əliyevdən İlham Əliyevə”, “Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi”, “Гейдар Алиев: Искусство прошло всю мою жизнь…”, “Победное шествие идей Гейдара Алиева” və başqaları yer alır.

admin

Related Posts