Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycan internetin sürətinə görə geriləyib

Azərbaycan internetin sürətinə görə geriləyib

Bu ilin avqust ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 1 pillə geriləyib və 30,89 MB/S sürətlə 61-ci pillədə qərarlaşıb.

Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 122-ci yerdə qərarlaşıb ki, bu da iyul ayı ilə müqayisədə 1 pillə geriləmədir. İyulda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 22,15 MB/S olub.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 182 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (219,01 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,9 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Norveç 122,77 MB/S sürətlə birinci, Kuba isə 4,15 MB/S sürətlə sonuncu 140-cı yerdə qərarlaşıb.

Editor

Related Posts