Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Paris Azərbaycana raket satmağı Türkiyəyə qadağan etdi

Paris Azərbaycana raket satmağı Türkiyəyə qadağan etdi

Fransa qanadlı SOM raketlərini Azərbaycana satmağı Türkiyəyə qadağan edib. Raketin güc qurğusu fransız istehsalı olduğu üçün, müqaviləyə əsasən, Parisin buna ixtiyarı var. Məlumata görə, Azərbaycan Türkiyənin “Roketsan” şirkətinə 400-dən çox SOM raketi sifariş edib. Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “МиГ-29” qırıcıları da artıq SOM raketlərini daşımağa uyğunlaşdırılıb.

Amma Fransanın bu addımı Azərbaycanla münasibətləri korlamaqdan başqa heç nəyə yaramayacaq. Çünki Türkiyənin “Kale Arge” şirkəti artıq SOM raketləri üçün “KTJ-3200” reaktiv mühərriklərinin hazırlanmasına başlayıb. Tezliklə həmin mühərriklər SOM qanadlı raketlərində quraşdırılmaq üçün “Roketsan” şirkətinə veriləcək.

Editor

Related Posts