Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhid əmisinin arxasında dayanan İbrahim… – FOTO

Şəhid əmisinin arxasında dayanan İbrahim… – FOTO

Bu gün Birinci Qarabağ müharibəsinə şəhid olan Bayramov Malik Yaşar oğlunun anım günüdür.

Birinci 24 xəbər verir ki, Malik Bayramov 1992-ci ildən Azərbaycan torpaqlarını azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, Cəbrayıl, Füzuli, Tərtər rayonu istiqamətlərində gedən döyüşlərin iştirakçısı olub. Malik Bayramov 1994-cü il mayın 8-də Tərtər rayonu Çaylı-Talış istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub. Şəhidimiz Şamaxının Şəhidlər Xiyabanında dəfn olunub. Anım günündə şəhidimizin azyaşlı qardaşı oğlu İbrahim üzünü görmədiyi əmisinin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, məzarı başında şəkil çəkdirib, onu ehtiramla yad edib.

admin

Related Posts