Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Yadigar Muradov:”Oğlum müharibəyə getmək üçün Amerikadan gəldi”

Yadigar Muradov:”Oğlum müharibəyə getmək üçün Amerikadan gəldi”

“Düşmənlər Şuşadakı teatrımızı yerlə yeksan ediblər. Amma bizim teatr kimi məskunlaşmağa yerimiz var. Şuşadakı evimi gedib ziyarət etdim. 6 dəfə olmuşam. Evimi də tetar üçün ayırmışam”.

Birinci 24 xəbər verir ki, bu sözləri Əməkdar artist Yadigar Muradov “Səhər mərkəzi” verilişində deyib. Aktyor Şuşadakı evini direktoru olduğu Şuşa Dövlət Musiqili Dram Teatrına müvəqqəti bağışlamasından danışıb:

“İşçilərin qalması, idarə kimi fəaliyyət göstərməyə də imkan var. Üçüncü mərtəbədə isə nümayiş üçün yerimiz var”.

Aktyor daha sonra Şuşa ilə bağlı arzusundan danışıb:

“Arzulamışdım ki, Şuşaya gedim, üzümü qala divarlarına sürtüm, Üzeyir Hacıbəyovun “Sənsiz” romanını oxuyum və sonra Allah canımı alsın. Arzumu etdim, amma gözlədim Allah canımı almadı”.

Y.Muradov özünün və oğlunun Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etdiyini söyləyib:

“Özüm birinci Qarabağ müharibəsində iştirak etmişəm. Oğlum Üzeyir isə Amerikada yaşayır. “Green card” udmuşdu. İkinci Qarabağ müharibəsində onlayn qeydiyyatdan keçdi və Azərbaycana qayıdıb, müharibəyə getdi. İndi sağ-salamat qayıdıb”.

admin

Related Posts