Today Çərşənbə axşamı, 22nd Aprel 2025
Birinci 24

Birinci 24

İradənin hansı sözü qaynanasını ağlatdı? – Mən bunu haqq etmirəm axı… – FOTO

İradənin hansı sözü qaynanasını ağlatdı? – Mən bunu haqq etmirəm axı… – FOTO

“Düşünürdüm ki, qayınanama mən necə müraciət edəcəm”.

Birinci 24 xəbər verir ki, bunu ailə qurduqdan sonra köçüb Türkiyədə yaşayan müğənni İradə İbrahimova deyib.

Sənətçi “Zaurla Günaydın”da qayınanası ilə münasibəti barəsində danışıb:

“Hələ toy olmamışdı, nişandan sonra birgə yeməyə getdik. Elə ondaca mən qayınanama “anne” deyə müraciət etdim. Ay Allah, qadın onda necə hönkürtü ilə ağladı, çox kövrəldi, “Sən bana anee dedin. Bən bunu hak edəcək nə etdim?”, – dedi.

Dedim ki, “Sən nə olursa olsun, Ceyhunun anasısan, sən bir anasan”. Hələ mən o vaxtı bu sözləri deyəndə analığın doğrudan da nə olduğunu bilmirdim. Elə anamın verdiyi tərbiyədən yola çıxaraq belə davrandım. Bunu mənə zorla kimsə elətdirmədi, mənə heç anam da “ona belə müraciət et” demədi. Bu, mənim içimdən gəldi. Bunu deyəndən sonra onlar da mənə günü bu günə kimi çox yaxşı qarlışılq verirlər”.

admin

Related Posts