Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Miqrasiya xidmətində “Heydər Əliyev – 100” tədbiri keçirilib

Miqrasiya xidmətində “Heydər Əliyev – 100” tədbiri keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.

Kollektiv əvvəlcə görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsinə ehtiramlarını bildirərək abidə önünə gül dəstələri qoyub.

Sonra Heydər Əliyev Muzeyində olan kollektivə zəngin və dəyərli ekspozisiya barədə ətraflı məlumat verilib.

Xidmətin inzibati binasında davam etdirilən tədbirdə əvvəlcə ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev xalqımızın qəlbində daim yaşayan müdrik şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətinin bütün dövrlərində Azərbaycanın mənafeyi uğrunda apardığı mübarizədən, dahi liderin xilaskarlıq və dirçəliş missiyasından söz açıb.

Vurğulanıb ki, ümummilli lider bütün sahələrdə olduğu kimi, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində də mühüm tədbirlər həyata keçirib. Müdrik şəxsiyyətin cəmiyyət və dövlət quruculuğu prosesində miqrasiya sahəsinə xüsusi diqqət yetirməsi ölkəmizdə bu proseslərin müstəqil dövlətimizin tərəqqisi naminə istiqamətləndirilməsinə münbit zəmin yaradıb.

Tədbirdə “Əbədiyyətin ilk əsri – Heydər Əliyev 100” sənədli filmi nümayiş olunub.

admin

Related Posts