Ukrayna ərazisində yaradılan qondarma Luqansk Xalq Respublikasının “daxili işlər naziri” İqor Kornetə qarşı sui-qəsd nəticəsində yoldan keçən 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə Rusiya KİV-i məlumat yayıb.
Bildirilib ki, yaralananlardan 4-nün vəziyyəti ağırdr.
Qeyd olunub ki, xəsarət alanlardan 3-ü mühafizə xidmətinin əməkdaşı olub.
***
Qondarma “Luqanskın daxili işlər naziri” vəzifəsini müvəqqəti icra edən İqor Kornetin həyatına sui-qəsd olunub.
Bu barədə regionun hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilib ki, Luqanskın mərkəzində partlayış nəticəsində Kornet ağır yaralanıb, hazırda reanimasiyadadır.