Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ermənilərin neçə faizi Paşinyanı bəyənmir? – “Gallup”dan daha bir sorğu

Ermənilərin neçə faizi Paşinyanı bəyənmir? – “Gallup”dan daha bir sorğu

Dünyanın nüfuzlu araşdırma şirkətlərindən olan Amerika İctimai Fikir İnstitutu (“Gallup”) tərəfindən Ermənistanda növbəti sorğu keçirilib.

“Gallup”un açıqladığı məlumatlara istinadən, keçirilən sorğuda vətəndaşlardan Ermənistanın Baş naziri Nikol Paşinyanın fəaliyyətini bəyənib-bəyənmədikləri soruşulub.

Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 13,9%-i Paşinyanın fəaliyyətindən tam razı olduqlarını bildiriblər.

Respondentlərin 24,1%-i isə digər siyasətçilərlə müqayisədə Paşinyanın fəaliyyətini daha çox bəyəndiklərini deyiblər.

Sorğuda iştirak edənlərin 38,7%-i Paşinyanın fəaliyyətini bəyənmədiklərini, 11,8%-i isə digər siyasətçilərlə müqayisədə bəyənmədiklərini açıqlayıblar.

Ermənistan prezidentinin fəaliyyətini isə respondentlərin cəmi 8,5%-i bəyənib, 42,4%-i isə bəyənməyib.
Bildirilib ki, sorğu aprelin 26-30-u tarixlərində bütün Ermənistan ərazisini əhatə edəcək şəkildə telefon zəngləri vasitəsilə aparılıb və sorğuda 1100 nəfər iştirak edib.

Onu da qeyd edək ki, “Gallup”un 2021-ci ildə Ermənistanda keçirilən parlament seçkiləri zamanı apardığı sorğuların nəticəsi reallıqdan çox uzaq olub. Məsələn, 2021-ci ilin iyun ayında keçirilən sorğuda vətəndaşlardan iyun ayının 20-də keçiriləcək növbədənkənar parlament seçkilərində kimə səs verəcəkləri soruşulub.

“Gallup” bildirib ki, sorğuda iştirak edənlərin 25,2%-i baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” partiyasına səs verəcəyini deyiblər. Amma, xatırladaq ki, “Mənim addımım” partiyası 2021-ci il seçkilərində 53,9% səs toplayıb.

Editor

Related Posts