Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Ermənilər mənə xoş sözlər yazırlar, özümüzünkülərdən utanıram” – Afət Fərmanqızı

“Ermənilər mənə xoş sözlər yazırlar, özümüzünkülərdən utanıram” – Afət Fərmanqızı

Müğənni Afət Fərmanqızı ona tənqid yazanlara cavab verib.

Ötən gün instaqram hesabında canlı yayım zamanı müğənni bir çox açıqlamaları ilə diqqət çəkib. Belə ki, Afət sosial şəbəkələrdə müğənnilərə təhqir yazanlara cavab verib:

“Mənə şəxsidə yazanlara cavab vermirəm. Heç açmıram da mesajları. Amma postların altında şərh yazanları oxuyuram, yeri gələndə cavab da yazıram. Bəzən təhqir edənləri tapıram, deyirəm niyə belə yazırsınız?! Deyirlər nə olsun ki, müğənnisiz də hər yerdə müğənnilərə tənqid, təhqir yazırlar.

Dəfələrlə şahid olmuşam ki, ermənilər bizə kompliment, xoş sözlər yazırlar. O zaman mən özümünkülərdən utanıram. İstəyirəm həmin vaxt yanaşı qoyub müqayisə edəm ki, bu Petrosyanın yazısı, bu da bizimki. Olmaz axı belə”.

Editor

Related Posts