Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Həbsdə olan Əvəz Zeynallının vəziyyəti pisləşib

Həbsdə olan Əvəz Zeynallının vəziyyəti pisləşib

“Xural TV” telekanalının redaktoru, həbsdə olan Əvəz Zeynallının vəziyyəti pisləşib.

Bu barədə sentyabrın 19-da Turan-a onun qızı Selcan Zeynallı məlumat verib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında atasına baş çəkib.

“Atam şəkər xəstəsidir. Hazırda gözlərində problem yaranıb. Kəskin bel ağrıları atama əziyyət verir. Dərman qəbul edir. Amma ixtisaslı tibbi müalicəyə ehtiyacı var.”, – Selcan Zeynallı deyib.

*Sentyabrın 10-da Əvəz Zeynallı və vəkil Elçin Sadıqov prokurorluq tərəfindən saxlanılıb, sentyabrın 11-də isə Binəqədi məhkəməsi onların hər ikisini 4 ay müddətinə həbs edib.

Zeynallıya qarşı Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma), Sadıqova isə 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almağa kömək etmə) maddələrilə ittiham irəli sürülüb.

Əvəz Zeynallı və Elçin Sadıqov deyilənləri təkzib edərək, həbslərini öz peşə fəaliyyətlərilə əlaqələndiriblər.
Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi vəkil Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Editor

Related Posts