Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiya və Çin birgə hərbi təlimlər barədə razılığa gəldilər

Rusiya və Çin birgə hərbi təlimlər barədə razılığa gəldilər

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və Çin Kommunist Partiyasının Siyasi Bürosunun üzvü Yanq Tzeçi arasında görüş keçirilib.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, tərəflər ABŞ-ın Asiya-Sakit okean regionunda hərəkətləri nəticəsində gərginliyin artması ilə bağlı narahatlığını ifadə edib, hərbi-texniki əməkdaşlıq və hərbi qüvvələrin gücləndirilməsi ilə bağlı razılığa gəliblər.

Görüş zamanı Əfqanıstan məsələsi, Asiya-Sakit okean regionunun hərbi-siyasi vəziyyəti, o cümlədən Koreya yarımadası və Tayvan ətrafındakı vəziyyət müzakirə edilib.

“Həmsöhbətlər ABŞ və onun müttəfiqləri tərəfindən regionda gərginliyin artması ilə bağlı narahatlıqlarını ifadə ediblər”, – açıqlamada deyilir.

Patruşev və Yanq Tzeçi Ukrayna mövzusunu da müzakirə ediblər.

Editor

Related Posts