Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Səhiyyə Nazirliyində yeni islahatlar aparılıb

Naxçıvan Səhiyyə Nazirliyində yeni islahatlar aparılıb

Naxçıvanda səhiyyə sahəsində islahatlar davam etdirilir.

Birinci 24 verir ki, Naxçıvan Səhiyyə Nazirliyində Təminat mərkəzi yaradılıb.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxovun imzaladığı əmrə əsasən, qurumun tərkibində yaradılan yeni mərkəzə direktor Elçin Rəfiyev təyin edilib. Türkiyədə təhsil alan Elçin Rəfiyev bundan əvvəl “Naxçıvanbank”da fəaliyyət göstərib.

Samiq Sadıxovun imzaladığı digər əmrlə Naxçıvan Diaqnostika-Müalicə Mərkəzində baş həkimin inzibati işlər üzrə müavini vəzifəsinin müvəqqəti icrası Vüqar Babayevə həvalə edilib.

Qeyd edək ki, Vüqar Babayev buna qədər Naxçıvan Səhiyyə Nazirliyinin aparat rəhbəri vəzifəsində çalışıb.

admin

Related Posts