Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xok kəndinin rabitə xətt təsərrüfatında yenilənmə işləri aparılır

Xok kəndinin rabitə xətt təsərrüfatında yenilənmə işləri aparılır

Kəngərli rayonunun Xok kəndində sakinlərə göstərilən rabitə xidmətlərinin keyfiyyətinin artırılması, rabitə xətlərinin texniki normalara uyğunlaşdırılması və yeni sabit telefon çəkilişlərinin aparılması məqsədilə 40 ədəd yeni dəmir dirək basdırılır, rabitə xətləri texniki normalara uyğun vəziyyətə gətirilir, 2500 metrə yaxın kabellər çəkilir, yararsız kabellər yenilənir, paylayıcı şkaflarda və abunə qutularında zəruri texniki tədbirlər görülür.

Qeyd edək ki, cari ilin mart ayında Kəngərli rayonunda internetin sürətinin artırılması məqsədilə Naxçıvan şəhər Mərkəzi Avtomat Telefon Stansiyası ilə Qıvraq Mərkəzi Avtomat Telefon Stansiyası arasında 2 ədəd 48 portlu (10 GB) Juniper EX2300 Ethernet Switch, 2 ədəd 80 km siqnaldaşıma gücünə malik SFP (Small Form-Factor Pluggable) ötürücü modul və 2 ədəd DC-AC converter qoşulub.

admin

Related Posts