Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Heydər Əliyev İli” çərçivəsində məktəblilərin konsert proqramı təşkil edilib

“Heydər Əliyev İli” çərçivəsində məktəblilərin konsert proqramı təşkil edilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil Şöbəsi, nazirliyə birbaşa tabe məktəblər və məktəbdənkənar təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda məktəblilərin konsert proqramı təşkil olunub.

Tədbirdə Naxçıvanın təhsil naziri Rəhman Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub.

Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyasının ölkə başçısı tərəfindən uğurla həyata keçirildiyini bildirən təhsil naziri vurğulayıb ki, müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.

Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək ulu öndərin təhsil sahəsindəki xidmətlərindən bəhs ediblər.

Tədbirin bədii hissəsində Naxçıvan şəhər 10, 12 və 15 nömrəli körpələr evi-uşaq bağçalarının balaca fidanları “Heydər babamızın nəvələriyik” kompozisiyası ilə çıxış edib, Heydər Əliyev Uşaq – Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri, Heydər Əliyev adına tam orta məktəbin və Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri ümumilli liderə həsr olunan şeirlər bədii qiraət edib, bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər.

Sonda tədbir iştirakçıları şagirdlərin ümummilli liderə həsr etdikləri əl işlərindən ibarət sərgiyə baxıblar.

admin

Related Posts