Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvan şəhərində sessiyalar keçiriləcək

Bakı Enerji Həftəsi çərçivəsində Naxçıvan şəhərində sessiyalar keçiriləcək

Bu il təşkil olunacaq Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycanın Naxçıvan şəhərində mühüm mövzuları əhatə edən sessiyalar keçiriləcək. Belə ki, “Heydər Əliyev İli” çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiya şəhərin tarixi əhəmiyyətini əks etdirəcək. Bundan başqa, dövlət səviyyəsində Naxçıvanı yaşıl enerji zonasına çevirmək planlaşdırılır.

Birinci 24 xəbər verir ki, bu barədə Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov “Enerji Həftəsi”nə həsr edilən mətbuat konfransında deyib. O diqqətə çatdırıb ki, dövlət başçısı İlham Əliyevin də bildirdiyi kimi, Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur, eləcə də günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımların atılması gözlənilir. Bununla əlaqədar olaraq, “Naxçıvan və Şərqi Zəngəzurun bərpa olunan enerji potensialı” mövzusunda sessiya təşkil edilməsi böyük əhəmiyyət kəsb edir. Naxçıvan şəhərində keçiriləcək tədbir çərçivəsində panel iclaslarından əlavə olaraq mədəni proqram – Naxçıvan şəhər turu və konsert proqramı da olacaq.

Qeyd edək ki, Naxçıvanın böyük yaşıl enerji istehsal etmək potensialı var. Sessiyalar zamanı Naxçıvana sərmayə qoyuluşu və enerji ixracı məsələləri müzakirə olunacaq.

admin

Related Posts