Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kanada parlamenti qarşısında Azərbaycan bayrağı qaldırıldı

Kanada parlamenti qarşısında Azərbaycan bayrağı qaldırıldı

Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan Bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Toronto Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin üzvləri, Azərbaycanın və Türkiyənin Kanadadakı səfirliklərinin əməkdaşları, Ottava, Toronto və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları və diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər. Qonaqlar arasında Türkiyənin Kanadaya yeni təyin olunmuş səfiri Esra Demir də olub.

Tədbirdə Kanada parlamentinin üzvü Çandra Arya, Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Vasif Abutalıbov, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova, Kvebek Azərbaycanlıları Assosiasiyasının sədri Məsud Əliyev və digərləri çıxış ediblər. Kanada azərbaycanlılarını 28 May – Müstəqillik Günü münasibətilə təbrik edən natiqlər bu möhtəşəm hadisənin tarixi, önəmi, Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olan müasir Azərbaycan dövlətinin dinamik inkişafı barədə fikirlərini söyləyib, Azərbaycan icmasının Kanadanın ictimai-siyasi, iqtisadi-sosial, humanitar sahələrinə və mədəni müxtəlifliyinə verdiyi töhfələri nəzərə çatdırıblar.

Rəsmi hissənin sonunda Azərbaycanın Dövlət himninin sədaları altında üçrəngli bayrağımız Lalin Həsənova tərəfindən Kanada parlamenti önündə ucaldılıb.

Tədbirdə Azərbaycan rəqsləri nümayiş etdirilib və Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin şagirdlərinin ifasında vətənimizə həsr olunmuş şeirlər səsləndirilib.

Editor

Related Posts