Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Naxçıvan” Universitetində “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib

“Naxçıvan” Universitetində “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə “Naxçıvan” Universitetinin birgə təşkil etdiyi, 28 May – Müstəqillik Gününə həsr olunmuş “Müstəqilliyimiz əbədidir!” adlı tədbir keçirilib

“Naxçıvan” Universitetində keçirilən tədbirdə əvvəlcə şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

“Naxçıvan” Universitetinin rektoru, dosent Anar Kazımov və Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı öz çıxışlarında bildiriblər ki, Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.

Vurğulanıb ki, XX əsrin əvvəllərində milli hökumətimizin keçdiyi şərəfli yol əsrin sonlarında müstəqillik üçün siyasi və tarixi əsas yaradıb. Bu tarixi varislik ənənələrinin yaşadıldığı və müstəqilliyin əsasının qoyulduğu ilk yer isə Naxçıvan Muxtar Respublikası olub.

Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-1993-cü illərdə muxtar respublikada yaşayıb fəaliyyət göstərməsi dövlətçiliyimizi və müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas edib, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvanda qaldırılıb. Tarix göstərdi ki, ümummilli liderimizin 1990-1993-cü illərdə Naxçıvanda dövlət müstəqilliyimizin bərpası ilə bağlı qəbul etdiyi tarixi qərarlar Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycanın dövlətçilik yoludur.

Tədbirin bədii hissəsində istedadlı gənclər milli ruhda mahnılar, şeirlər və rəqslər ifa ediblər.

Tədbir könüllü gənclərin “Zəfərə gedən yol” adlı fləşmobu ilə başa çatıb.

admin

Related Posts