Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Azərbaycan xalqı sivil İrandan yox, sionist rejimdən qorxmalıdır” – İran XİN

“Azərbaycan xalqı sivil İrandan yox, sionist rejimdən qorxmalıdır” – İran XİN

İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasser Kənani Azərbaycanın öz vətəndaşlarını İrana getməməyə çağıran qərarını pisləyib.

Birinci 24 xəbər verir ki, bu barədə o, Tvitterdə yazıb:

“Azərbaycan Xarici İşlər Nazirliyi öz vətəndaşlarının İrana səfərinə qarşı xəbərdarlıq edib! Bu, saxta, uşaq öldürən və işğalçı sionist rejimin prezidentinin bu yaxınlarda Bakıya səfəri zamanı apardığı siyasətdir.
Azərbaycan xalqını qorxutmalı olan sivil və İslami İran deyil, sionist rejimdir”, – deyə N. Kənani bildirib.

Qeyd edək ki, iyunun 3-də Xarici İşlər Nazirliyi məlumat yayaraq Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələrini kəskin şəkildə tövsiyə edib.

Editor

Related Posts