Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Demokratiya1918 Hərəkatının sədri Əhməd Məmmədli mülki geyimlilər tərəfindən oğurlanıb

Demokratiya1918 Hərəkatının sədri Əhməd Məmmədli mülki geyimlilər tərəfindən oğurlanıb

Bu barədə Hərəkatdan məlumat veriblər. Onların bildirdiyinə bildirdiyinə görə, onu 77 CZ 439 nömrəli maşınla aparıblar.

Daxili İşlər Nazirliyindən məsələylə bağlı mövqe almaq mümkün olmayıb.

Dostları onun feysbukda yazdığı tənqidi postlara görə saxlanıldığını ehtimal edir.

Əhməd Məmmədli postlarının birində belə yazmışdı: “İlham Əliyev təkcə Azərbaycan xalqına deyil, həmçinin erməni xalqına qarşı törətdiyi cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında bir gün mütləq cavab verəcək. Demokratik Azərbaycanın ilk işi xalqları bir-birinə düşmən edənləri cəzalandırmaq olacaq”.

Editor

Related Posts