Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İranın Səudiyyədəki səfirliyi 7 ildən sonra açıldı

İranın Səudiyyədəki səfirliyi 7 ildən sonra açıldı

İranın Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyaddakı səfirliyi 7 ildən sonra yenidən fəaliyyətini bərpa edib.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Bildirilib ki, səfirliyin açılış mərasiminə İran xarici işlər nazirinin müavini Əli Rza Bigdəli qatılıb.

Xatırladaq ki, 2016-cı ilin 2 yanvarında şiə din adamı Nimr ən-Nimrin edam edilməsindən sonra Tehran-Ər-Riyad arasında əlaqələrdə gərginlik yaşanmışdı.

İran rəsmilərinin Səudiyyə qarşı açıqlamalarından sonra bu ölkənin Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğu etirazçılar tərəfindən yandırılmışdı.

Buna cavab olaraq da Səudiyyə hakimiyyəti 3 yanvar 2016-cı ildə İranla diplomatik əlaqələrini dayandırdığını elan etmişdi.

Editor

Related Posts