Kanadada baş verən güclü meşə yanğınları nəticəsində tüstü ABŞ-ın Nyu-York əyalətinə qədər çatıb.
Xarici KİV-ə istinadən xəbər verir ki, iyunun 6-da Nyu-York havanın ən yüksək çirklənmə səviyyəsinə malik şəhərlər siyahısına başçılıq edib.
Nyu-York meri Erik Adams sakinləri çöldə olarkən maska taxmağa və mümkün olduqca evdə qalmağa çağırıb.
Qeyd edək ki, Kanada hakimiyyətinin məlumatına görə, iyunun 7-si ölkədə 414 meşə yanğını qeydə alınıb.
Yanğının əhatə etdiyi ərazi 3,8 milyon hektar təşkil edib.




