Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər

Şagirdlər Heydər Əliyev Muzeyini ziyarət ediblər

Heydər Əliyev irsi gənc nəslə aşılanır, şagirdlər ulu öndərimizə hörmət və ehtiram ruhunda tərbiyə olunur.

Birinci 24 xəbər verir ki, Heydər Əliyev adına tam orta məktəbin bir qrup şagirdinin iştirakı ilə fləşmob təşkil edilib, məktəbin qarşısında “Heydər Əliyev – 100” sözləri əks etdirilib.

Sonra məktəbin müəllimləri və şagirdlər ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gələrək tər güllər düzüb, ehtiramlarını bildiriblər.

Şagirdlər ümummilli liderə həsr olunmuş mahnılar səsləndiriblər.

Tədbirin davamında məktəblilərin Heydər Əliyev muzeyinə ekskursiyası təşkil olunub. Muzeyin eksponatları ilə ətraflı tanış olan şagirdlərə müdrik şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verilib. Burada nümayiş etdirilən ulu öndərimiz Heydər Əliyevə məxsus şəxsi əşyalar məktəblilərin xüsusi marağını cəlb edib, onların sualları muzey bələdçisi tərəfindən ətraflı cavablandırırılıb.

Şagirdlər ulu öndərə həsr olunmuş şeirlər qiraət ediblər.

admin

Related Posts