Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda 4756 şagird monitorinqdə iştirak edib

Naxçıvanda 4756 şagird monitorinqdə iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin 4-cü siniflərində monitorinq təşkil edib.

Birinci 24 xəbər verir ki, tədris dili və riyaziyyat fənləri üzrə aparılan monitorinq Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün ümumilikdə 17 mərkəzdə keçirilib. Muxtar respublikanın ümumtəhsil məktəblərindən 4756 şagird monitorinqdə iştirak edib.

Monitorinqin məqsədi şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılmasıdır.

Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual və riyaziyyat fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunub. Monitorinqin müddəti 120 dəqiqə təşkil edib.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə nəticələrinə, eyni zamanda, onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir. Bununla belə ümumi təhsil müəssisələrində IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı icbaridir.

admin

Related Posts