Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Azad olunan torpaqlarda şou göstərmək, selfi etmək…”

“Azad olunan torpaqlarda şou göstərmək, selfi etmək…”

Meyxanaçı Namiq Qaraçuxurlu işğaldan azad olunan torpaqlarda konsert verib, foto çəkdirənləri tənqid edib.

Sənətçi bu haqda sosial şəbəkə hesabında yazıb. O bildirib ki, həmin torpaqlarda gedib şadlıq etmək hələ tezdir:

“Son baş verənlər bir daha göstərdi ki, əgər siyasi baxımdan vacib deyilsə, o torpaqlarda şou göstərmək, selfi etmək və sair hələ tezdir. Bəzi tədbirlər beynəlxalq aləm üçün vacibdir, məcburuq. Bəzilərinə isə lüzum yoxdur. Əksinə, həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil. Şəhid ailələrinə, onlar qədər yananlara səbr, yaralılarımıza şəfa diləyirəm”.

Editor

Related Posts