Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri üçün təlim keçirilib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasedicilərinin fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı psixoloji dayanıqlığını, bilik və bacarıqlarını yoxlamaq, vərdişlərini möhkəmləndirmək məqsədilə taktiki-xüsusi təlimi keçirilib.

Axtarış-xilasetmə qayda və üsullarının məşq olunduğu təlimdə ilk olaraq xilasetmə işlərinin aparılması üzrə idarəetmə təşkil olunub. Növbəti təlim nöqtəsində kinoloqlar uçqunlar altında qalan insanların əyani vasitələrlə axtarışını həyata keçirərək onları xilas ediliblər. Təlimdə alpinist avadanlıqlarından isifadə etməklə yüksəklikdən xilasetmə işləri də aparılıb. Həmçinin qəzaya uğrayan avtomobildən  xilas edilən zərərçəkmişlərə ilkin tibbi yardım göstərilib. Sonuncu təlim nöqtəsində axtarış-xilasetmə işlərinin aparılması zamanı beynəlxalq işarələrin tətbiqi qaydaları izah olunub.

Təlim təhlükəsizlik qaydalarına əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

admin

Related Posts