Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Gültəkin Hacıbəyli: “Həqiqətləri demək həmişə ağırdır”.

Gültəkin Hacıbəyli: “Həqiqətləri demək həmişə ağırdır”.

Gültəkin Hacıbəyli Facebook səhifəsində yazıb: “Həqiqətləri demək həmişə ağırdır.

Yalan populyar olanda xüsusilə ağırdır. Müqavimət görürsən, haqsızlıq, bəzən həqarətlə üzləşirsən. Səni hətta xain çıxarırlar. Təhqir edirlər, aşağılayırlar.

Təbii ki, çətindir.

Ancaq düşünəndə ki, Axundov, Sabir, Zərdabi, Mirzə Cəlil hansı şərtlər daxilində, hansı qurbanlar hesabına, hansı fədakarlıqlar bahasına gerçəkləri deyib millətin gözünü açmağa çalışıb, bizim etdiklərimiz çox kiçik görünür.

İnternet əsrində, texnologiyalar çağında cəmiyyəti nə qədər aldatmaq olar ki?! Bir il, uzağı beş il. Sonra onsuz da həqiqət üzə çıxır.

Bir də var XIX əsrdə, cəhalətin tüğyan etdiyi, qaragüruhun meydan suladığı zamanda gerçəkləri müdafiə edəsən…

Biz böyük kişilərin nəvələriyik. Hətta müsəlman-şərq dünyasının ən böyük kişilərinin nəvələriyik.

Və onlara layiq olmağa çalışmalıyıq”.

Qeyd edək ki, sosial şəbəkələrdə “xainitaniyaq” həştəqi ilə hakimiyyətin Qarabağ siyasətini tənqid edənlərə qarşı kampaniya başlanıb.

Editor

Related Posts