Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda sakinlər bu zavodun fəaliyyətindən narazıdırlar

Bakıda toz-duman əlindən piyadalar yolda çox çətinliklə hərəkət edirlər. Çınqıl-beton qırıntıları yol boyu ətrafa yayılıb. Sohbət Nərimanov rayonu, Araz küçəsindən gedir.

Sakinlər iddia edirlər ki, təxminən 1 ildən çoxdur ərazidə sement zavodu fəaliyyətə başlayıb. Hər gün zavoda qumdaşıyan, betonqarışdıran maşınlar girib-çıxdığından belə mənzərə yaranır.

İddialara görə, dəfələrlə zavoda müraciət etsələr də, nəticəsi olmayıb.

Sakinlərin sözlərinə görə, hər gün yollar toz-dumana büründüyündən övladlarını məktəbə taksi ilə aparıb- gətirirlər. Bu isə maddi cəhətdən sərfəli deyil. Bundan əlavə, onların səhhətində müəyyən problemlər baş qaldırıb.

admin

Related Posts