Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Vilyam Hacıyevin həyat yoldaşı bu əmlaklarını geri istəyir – Siyahı

İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyev həyat yoldaşı Cülyetta İbrahimova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən narazıdır.

Cülyetta İbrahimova öz və oğlu Məhəmməd Hacıyevin adına olan əmlakların müsadirə olunması ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

O, bu əmlakların üzərinə qoyulmuş həbsin götürülməsini istəyir.

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri – 1852000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri – 275 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2626000 manat)

– İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş “BMW X5” markalı, “90-CM-200” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)

– Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş “Land Rover” markalı, “90-KH-900” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “BMW 740-İ” markalı, “10-AZ-369” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)

– İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan “Xəzər-222” MMC-yə sənədləşdirilmiş “Bentley Continental GT” markalı, “10-PR-777” dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)

Qeyd edək ki, Vilyam Hacıyevin işinə Bakı Apellyasiya Məhkəməsində hakim İbrahim İbrahimlinin sədrliyi ilə baxılır.

admin

Related Posts