Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran problem yaradır” – Ərdoğan

“Zəngəzur dəhlizinə Ermənistan deyil, İran problem yaradır” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngəzur dəhlizinin yaradılması ilə bağlı çətinliklərin Ermənistanla deyil, İranın mövqeyi ilə bağlı olduğunu bildirib.

Birinci 24 “Habertürk” telekanalına istinadla xəbər verir ki, bu barədə qardaş dövlətin rəhbəri Azərbaycandan qayıdandan sonra verdiyi müsahibədə deyib.

“İranın davranışı həm Azərbaycanı, həm də bizi narahat edir. Bundan başqa, təəssüf ki, daşıma tarifləri çox yüksəkdir. Ümid edirəm ki, bu problemi tezliklə həll edəcəyik””,- deyə Ərdoğan əlavə edib.

Onun sözlərinə görə, İrandan müsbət yanaşma olarsa, bu gün Türkiyə, Azərbaycan və İran həm avtomobil, həm də dəmir yolu vasitəsilə bir-birinə inteqrasiya olunacaq: 

“Yəqin ki, Pekin-London marşrutu açılacaqdı”.

Türkiyə lideri İranın konkret hansı mövqeyinin ona uyğun gəlmədiyi barədə əlavə məlumat verməyib.

Editor

Related Posts