Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İlkin Süleymanovun etiraf videosunu buna görə yaydılar

İlkin Süleymanovun etiraf videosunu buna görə yaydılar

İlkin Süleymanovun etiraf videosu yayılıb. Bunun məhz indi yayılması təsadüf deyil. Çünki cəmiyyətin böyük əksəriyyətinin hökmün ədalətsiz, onun təqsirsiz olduğunu düşündüyünü gördülər. Buna görə insanların fikrinə təsir göstərmək üçün bu yola əl atdılar.

Bu sözləri jurnalist Aytən Məmmədova qeyd edib.

O bildirib ki, sözügedən video məhkəmə prosesində də müzakirə olunub:

“İlkin deyirdi ki, hadisə yerinə aparılanda işgəncədən ayağıma ayaqqabı olmurdu, ona görə başmaq geyindirdilər. Həqiqətən də videodan görünür, yanvar ayında adamın əynində kurtka, ayağında isə başmaq…

Prokurorluq sənədlərdə İlkinin yanvarın 10-da tutulduğunu rəsmiləşdirib. Amma məhkəmədə sübut olundu ki, adamı ayın 6-dan tutublar, 4 gün polis şöbəsində onların nəzarətində olub. Hər halda, 4 gün İlkini polis şöbəsində qonaq saxlamamışdılar, özünün dediyi kimi, işgəncə altında olmuşdu. Yanvarın 8-də onların evində axtarış aparıldığına dair protokol var. Axtarış zamanı iş üçün əhəmiyyətli heç nə tapılmayıb.

Vəkilləri məhkəmədə müstəntiqin yönləndirməsi, “demişdim ki, cinsi əlaqə olmayacaq” pıçıltısı, videoçəkiliş zamanı prokurorluğun başqa bir vəzifəlisinin müdaxiləsi və bu kimi bir çox məsələləri qaldırmışdılar. Nəhayət, etirafa qalanda, Tərtər hadisələrində də insanlar işgəncə altında nəinki qətl hadisəsini, hətta əsgərləri aparıb, təcavüzə məruz qoydurduğunu boynuna almağa məcbur olmuşdu. Nə oldu? 5 il 6 ay sonra bəraət almadılarmı?”

Editor

Related Posts