Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Sonda insana yenə də ailəsi qalır, ailənizi qoruyun”

“44 günlük zəfərdən sonra torpaqlarımızı işğaldan azad etdiyimiz üçün çox sevincli idik. Bircə şəhidlərimizə görə çox üzülürdük. Təbii ki, müharibə həm də itki deməkdir. Hamının ailəsindən, nəslindən şəhid olanlar oldu. Bu günlərdə ölkəmizin başını yenə də qara dumanlar aldı. Yenə də şəhid verdik, yenə də övladlar atasız, analar övladsız qaldı. Biz şəhidlərimizi heç vaxt unutmamalıyıq. Onları hər zaman qəlbimizdə yaşadıb, adlarını yadımıza salacağıq. Qəhrəmanları yaşatmaq lazımdır. İstər filmlərdə, istər teatr tamaşalarında, istərsə də mahnılarda. Şəhid analarının qarşısından baş əyirəm. Onlar həqiqətən də çox iradəli və möhkəm xanımlardır. Şəhidlər həm də bizim balalarımızdır, tək onların deyil”

Almaz Ələsgərli daha sonra nənəlik sevincini bizimlə bölüşüb.

“Nənəlik gözəl hissdir, Allah hamıya qismət etsin. Nənəyəm, bununla da qürur duyuram. Bəzən cəmiyyətə baxıram. Sonda insana yenə də qalan ailəsi olur. Ailənizi qoruyun. Çünki balalar sənə, sən də onlara qalırsan. Hər şey boşdur bu həyatda. Övladları elə tərbiyə etmək lazımdır ki, sabah biz qocalanda yalnız onlara möhtac olanda, onlar da bizə baxsınlar” deyə müğənni bildirib.

admin

Related Posts