Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda nişanlı cütlük özünü asdı – Biri xilas edildi

Azərbaycanda nişanlı cütlük özünü asdı – Biri xilas edildi

Goranboyda nişanlı cütlük özlərini asıb.

Hadisə rayonun Tatarlı kəndində qeydə alınıb.

25 yaşlı Ceyhun Məmmədovun asılmış meyiti aşkar edilib, nişanlısı isə yaşadığı evin toyuq hinində özünü asarkən son anda anası tərəfindən xilas edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ceyhun Məmmədov FHN-in əməkdaşı olub, yanğınsöndürən işləyirmiş.

Ceyhun Məmmədov hadisə baş verən günü dostları ilə görüşüb, həyatın onu sıxdığını, yaşamaq istəmədiyini deyib.

O, həmin axşam işdən qayıdarkən özünü asmaq məqsədilə marketdən kəndir alıb.

C. Məmmədov daha sonra atasına zəng edib, hallalıq verməsini və onu bağışlamasını istəyib. Atası ilə danışdıqdan sonra evlərinin yaxınlığında olan çayın kənarına gedib, oradakı ağacdan özünü asıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Editor

Related Posts