Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Avtovağzal Kompleksi: “Əcnəbilərin Bakı-Naxçıvan avtobus reysilə Naxçıvana getmələri mümkün deyil”

Avtovağzal Kompleksi: “Əcnəbilərin Bakı-Naxçıvan avtobus reysilə Naxçıvana getmələri mümkün deyil”

Əcnəbi vətəndaşların Bakı-Naxçıvan avtobusu ilə Naxçıvana getmələrinə qadağa qoyulub.

Birinci 24 xəbər verir ki, bu barədə Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

Bildirilir ki, əcnəbi vətəndaşlar və Azərbaycan ərazisində oturum icazəsi olanların mövcud vəziyyətlə əlaqədar quru yolla sərhəd keçid məntəqələrindən keçidi mümkün olmadığından, onların Bakı-Naxçıvan reysilə Naxçıvana getmələri də mümkün deyil.

“Bu səbəbdən, həmin şəxslər onlayn bilet aldıqda, bilet qaydalara uyğun olaraq geri qaytarılacaq”, – məlumatda deyilir.

Qeyd edək ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlıdır. Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

admin

Related Posts