Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Elnarə DSX-dən aldığı maaşı açıqladı

Elnarə DSX-dən aldığı maaşı açıqladı

Dövlət Sərhəd Xidmətinin (DSX) kapitanı, müğənni Elnarə Xəlilova növbəti açıqlaması ilə gündəmə gəlib.

Birinci 24 xəbər verir ki, sənətçi qonaq olduğu “El canlı” axşam şousunda ilk dəfə çalışdığı Dövlət Sərhəd Xidmətindəki aldığı məvacibini açıqlayıb.

“Çalışdığım Dövlət Sərhəd Xidmətindən 1250 manat maaş alıram”, – deyə Elnarə vurğulayıb.

Qeyd edək ki, 11 il əvvəl Elnarə Xəlilova Azərbaycan Sərhəd Xidmətinin 100 illiyi münasibəti ilə yubiley medalı ilə təltif edilib. Kapitan rütbəsi daşıyan Elnarə Xəlilova Dövlət Sərhəd Xidmətinin (DSX) Nümunəvi Hərbi Orkestrinin solistidir.

admin

Related Posts