Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

BMT İsraili zorakılığı dayandırmağa çağırıb

BMT İsraili zorakılığı dayandırmağa çağırıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İsraili işğal altındakı İordan çayının qərb sahilindəki zorakılığı ən qısa zamanda dayandırmağa çağırıb.

Birinci 24 xəbər verir ki, Volker Türk yazılı açıqlamasında “İsrail İordan çayının qərb sahilindəki siyasət və fəaliyyətlərini təcili olaraq beynəlxalq insan haqları standartlarına uyğun olaraq, o cümlədən yaşamaq hüququnun qorunması və hörmətlə yenidən təşkil etməlidir” ,-deyə bildirib.

İordan çayının qərb sahilindəki şiddətin sona çatması üçün işğalın sona çatması lazım olduğunu ifadə edən Türk, “Hər tərəfdən siyasi gücə malik olan insanlar bunu bilir və buna nail olmaq üçün ən qısa zamanda lazımi addımı atmalıdır”,-deyə vurğulayıb.

İordan çayının qərb sahilində bu həftə baş verən zorakılığın “nəzarətdən çıxma riskinin yüksək olduğunu” qeyd edən Türk, “Son ölümlər və şiddət təxribatçı ritorika ilə birlikdə yalnız israilliləri və fələstinliləri cəhənnəmə daha da sürükləməyə xidmət edir”.

Editor

Related Posts