Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İki ağır xəstəliyi olan Zəhranın anası: “Dərman olmayanda sakitləşməkçün özünə layla oxuyub yatır”

İki ağır xəstəliyi olan Zəhranın anası: “Dərman olmayanda sakitləşməkçün özünə layla oxuyub yatır”

12 yaşlı Zəhra iki ağır xəstəliklə mübarizə aparır.

Bu barədə onun anası Aygün Əlizadə məlumat verib.

O qeyd edib ki, övladı Nuriyeva Zəhra Hüccət qızı həm autizmdən, həm də serebral iflicdən əziyyət çəkir:

“Biz Lənkəranda yaşayırıq. Beş övladım var. Onlardan ən böyüyü Zəhradır. Onun iki ağır xəstəliklə mübarizəsi, həqiqətən, bir ana olaraq məni məhv edir. Qızımın vəziyyəti günü-gündən ağırlaşır. Sonuncu dəfə 2021-ci ildə pul tapıb onu həkimə apara bilmişdim. Dərmanlarını almağa maddi cəhətdən gücüm çatmadığı üçün məcburiyyət qarşısında qalıb yarımçıq dayandırmışam. Bu isə onun səhhətini ağırlaşdırır. Dərmanları olmayanda sakitləşə bilmir. Gecələr yatmaq üçün yerinin içində yırğalanıb özünə layla oxuyur. Zəhranın baş beyni yenidən MRT olunmalıdır, həm də autizmlə bağlı həkimin qəbuluna getməliyik.
Dərmanları isə bizə baha başa gəlir. İmkanı olan şəxslərdən bizə bu müayinə və müalicəni qarşılaya bilməyimiz üçün kömək etmələrini xahiş edirəm. Bizə bunun üçün 1 000 manat pul lazım idi. Bu pulun 500 manatı yardımsevər insanların dəstəyi ilə yığılıb. 500 manat əskiyimiz qalıb.

Ailə ilə əlaqə: (051) 506-91-02

Editor

Related Posts