Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

İsveçdə Quran yandırıldı – Hakan Fidan pislədi

İsveçdə Quran yandırıldı – Hakan Fidan pislədi

İsveçin paytaxtı Stokholmun mərkəzində İraqdan olan 37 yaşlı mühacir Salvan Momika müqəddəs “Quran” kitabını yandırıb.

Bu barədə İsveçin “Aftonbladet” qəzeti yazıb.

Aksiya Stokholm polisinin icazəsi ilə həyata keçirilib. Salvan Momika “Quran”ın vərəqlərini cırıb, onlarla ayaqqabılarını silib, daha sonra kitabı yandırıb. Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 200-dən çox insan izləyib.

Nəşr bildirir ki, həmin şəxs İsveç himnini də oxuyub və ölkənin bayrağını dalğalandırıb. Orada olanlardan bəziləri Salvan Mömikin ünvanına təhqirlər səsləndiriblər. İzləyən şəxslətdən biri daş atmağa çalışıb, o, polis tərəfindən saxlanılıb.

SVT xəbər verir ki, polis tədbirin təşkilatçısına qarşı dini ədavətin qızışdırılması, eləcə də od yandırmaq qadağasını pozmaq ittihamı ilə protokol tərtib edib. Nəşrin məlumatına görə, aksiyadan əvvəl polis ictimai yerdə od yandırmağa görə cərimə olunacağı barədə xəbərdarlıq edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan İsveçdə Qurana edilən hücuma sərt reaksiya verib. “Mən bu alçaq hərəkəti qınayıram. İfadə azadlığı bəhanəsi ilə İslama zidd bu hərəkətlərə icazə verilməsi qəbuledilməzdir”, – o qeyd edib.

Xatırladaq ki, yanvarın sonunda Türkiyənin Stokholmdakı səfirliyinin qarşısında “Quran” kitabı yandırılıb. Bundan sonra Türkiyə İsveçin NATO-ya daxil olmasına razılıq verməyəcəyini açıqlayıb.

Editor

Related Posts