Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tələbələr Vətən Müharibəsi qaziləri və hərbi pilotlarla görüşüblər

Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə “Gənclik düşərgəsi”ndə olan tələbələr Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsini ziyarət edib, Vətən Müharibəsi qaziləri və hərbi pilotlarla görüşüblər.

Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsinə gələn tələbə gənclər şəxsi heyətin sosial-məişət şəraiti, əsgər yataqxanası, yeməkxana, idman zalı və digər otaqlarla tanış olublar. Bildirilib ki, hərbi hissədə xidmətin düzgün təşkili üçün dövlətimiz tərəfindən hərtərfli şərait yaradılıb. Qonaqlara şəxsi heyətin sosial-məişət şəraiti ilə yanaşı silahlanmada mövcud olan müxtəlif atıcı silahlar, snayper tüfəngləri, optik nişangahlar və gecəgörmə cihazları, tank əleyhinə vasitələr, əl qumbaraları və digər silahlar haqqında ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Minaatan, hava hücumundan müdafiə və xüsusi təyinatlı bölmələrin döyüş bacarıqlarının və fiziki dözümlüklərinin nümayişi gənclər tərəfindən böyük maraqla qarşılanıb.

Sonra  çay süfrəsi təşkil olunub.

Ağbulaq İstirahət mərkəzində tələbə gənclər Vətən Müharibəsi qaziləri və Əlahiddə Ümumqoşun Ordunun Aviasiya bölmələrinin pilotları ilə görüşüblər. Görüş zamanı hərbçilərimiz və qazilərimiz döyüş xatirələrindən, keçdikləri xidmət yolundan danışıb tələbələri maraqlandıran sualları cavablandırıblar.

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması məqsədilə təşkil olunan bu kimi tədbirlər bundan sonra da davam etdiriləcək.

admin

Related Posts