Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

24 polis yaralanıb, 150 nəfər saxlanılıb – Fransada nə baş verir?

24 polis yaralanıb, 150 nəfər saxlanılıb – Fransada nə baş verir?

İyunun 27-də Parisin Nanter qəsəbəsində 17 yaşlı sürücü polis tərəfindən öldürülüb.

Birinci 24 xarici KİV-ə istinadla xəbər verir ki, bu hadisədən sonra Fransanın müxtəlif bölgələrində minlərlə insan etiraz əlaməti olaraq küçələrə axışıb.

Bir müddətdən sonra etiraz aksiyaları iğtişaşlara çevrilib. Ötən gecə iğtişaşlarda iştirak edən, həmçinin dövlət əhəmiyyətli və özəl mülklərə zərər vurmaqda təqsirləndirilən yüz əlli nəfər saxlanılıb.

Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.

“Cümhuriyyətin simvollarına qarşı dözülməz zorakılıq gecəsi: yanğınlar və ya bələdiyyə binalarına, məktəblərə və polis bölmələrinə hücumlar. 150 məhbus. Mən iğtişaşlara cəsarətlə müqavimət göstərən polis, jandarm və yanğınsöndürənlərə dəstəyimi bildirirəm. Kim sakitliyə çağırmadı, onlara ayıb olsun”, – Darmanin Tvitterdə yazıb.

Qeyd edək ki, iyunun 28-nə keçən gecə Nanterdə reyd zamanı polis patrulu sarı “Mercedes” markalı avtomobili saxlamağa cəhd edib. 17 yaşlı sürücü asayiş keşikçilərinin tələblərinə tabe olmaqdan imtina edərək qaza basıb, bu zaman polis onu vuraraq yerindəcə öldürüb.

Xidməti silahdan istifadə edən polis qəsdən adam öldürməkdə şübhəli bilinərək saxlanılıb və həbs edilib. Nanterin dövlət prokurorluğu polis əməkdaşının vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi ilə bağlı araşdırma başladıb.

İnsidentdən sonra başlayan və  paytaxtın ətraf ərazilərini bürüyən iğtişaşlar dalğası zamanı 24 polis yaralanıb.

Editor

Related Posts