Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

AZPROMO-nun nümayəndə heyəti Naxçıvanda səfərdədir

AZPROMO-nun nümayəndə heyəti Naxçıvanda səfərdədir

Birinci 24 xəbər verir ki, iyulun 5-də Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına işgüzar səfərə gəlib.

Səfər çərçivəsində qonaqlar ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə güllər düzüb, ehtiramlarını bildiriblər.

Daha sonra qonaqlar Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüblər.

Səfər çərçivəsində AZPROMO-nun nümayəndə heyətinin Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyevlə, muxtar respublikada fəaliyyət göstərən ixrac potensiallı məhsul istehsal edən sahibkarlar və investorlarla görüşü olacaq. Həmçinin Naxçıvan Muxtar Respublikası kənd təsərrüfatı nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Xəyalə Dadaşova ilə də görüş olacaq. Günün ikinci yarısında muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinə baxış keçiriləcək.

Qeyd edək ki, səfərin məqsədi Naxçıvan Muxtar Respublikasında istehsal olunan məhsul ixracının təşviqi, xarici investorların çətinliklərinin öyrənilməsi və həlli istiqamətində addımların atılması, birbaşa xarici investisiyaların cəlbi məqsədilə ixrac imkanlarının araşdırılmasıdır.

admin

Related Posts