Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda Uşaq İncəsənət Festivalının növbəti mərhələsi keçirilir

Naxçıvanda Uşaq İncəsənət Festivalının növbəti mərhələsi keçirilir

Ötən gündən etibarən ölkəmizdə, o cümlədən Naxçıvanda Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başlayıb.

Festival Azərbaycan Respublikasının Mədəniyyət, Elm və Təhsil nazirlikləri və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilir.

Ötən gündən ikinci mərhələsinə start verilən festivalın keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.

Fərdi və kollektiv formada, üç mərhələdən ibarət olmaqla keçirilən festivalda 6-17 yaş arası peşəkar və həvəskar şəxslər iştirak edir. Festivalın ikinci mərhələsi muxtar respublika üzrə I mərhələdə 16 nominasiya üzrə uğur qazanmış 128 fərdi iştirakçı və 7 kollektiv festivalda iştirak edir. Qalib olmuş iştirakçılar növbəti mərhələdə iştirak etmək hüququ qazanacaq.

Festivalın final mərhələsi sentyabr ayında Bakı şəhərində keçiriləcək.

admin

Related Posts